Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsinə vəsiqə qazanıb

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü yeri tutub.

Dımçenko 7 dəqiqə 52,53 saniyəyə qət edib.

Bununl da, Dımçenko 1/4 finala vəsiqə qazanıb. Bu raund iyulun 29-da keçiriləcək.

Paris-2024 avqustun 11-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button