
Paris-2024: Azərbaycan qılıncoynadanının ilk rəqibi məlum olub
Azərbaycan qılıncoynadanı Anna Baştanın Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı ilk rəqibi məlum olub.
Komanda.az xəbər verir ki, sablyaçı 1/16 final mərhələsində Çin təmsilçisi Yang Hengyu ilə üz-üzə gələcək.
Qarşılaşma iyulun 29-da olacaq.
Paris olimpiadası avqustun 11-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin