Paris-2024: Azərbaycan nümayəndə heyətinin rəhbəri məlum olub
2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri məlum olub.
Komanda.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə qurumun beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı bu vəzifəyə təyin edilib.
Paris-2024 Yay Paralimpiya Oyunları 28 avqust-8 sentyabrda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin