Paris-2024: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Kotsoyev yarımfinala yüksəlib.

Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button