Argentinalı futbolçu vətəninə qayıdır

“Roma”nın argentinalı yarımmüdafiəçisi Leandro Paredes vətəninə qayıtmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu karyerasını “Boka Xuniors”da davam etdirəcək. Argentina klubu yarımmüdafiəçinin transferində romalılarla anlaşıb. “Boka Xuniors”un rəhbərliyi Paredesin transferi üçün 3,5 milyon avro ödəyəcək və futbolçunun müqaviləsinin üç il yarım olacağı gözlənilir.

30 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə 33 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button