Paraqvaylı hücumçu rəsmən “Sabah”da
“Sabah” daha bir futbolçu ilə müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, paraqvaylı hücumçu Xulio Rodriqes bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq.
Bu barədə “Sabah”ın rəsmi saytı məlumat yayıb. Bu gün “Zirə” ilə rəsmən vidalaşan 29 yaşlı futbolçu yeni klubuyla mövsümün sonuna kimi müqavilə bağlayıb.
Karyerası ərzində Argentinanın “Defensa”, “Berasateqi”, “Qodoy Kruz”, “Atletiko Union”, “Arsenal”, Meksikanın “Dorados de Sinaloa”, Paraqvayın “Deportivo Kapiata” klublarında çıxış etmiş hücumçunun son komandası “Zirə” olub.
Xatırladaq ki, Rodriqes qış fasiləsində “Sabah”a qoşulan dördüncü futbolçudu. Paraqvaylı hücumçudan öncə Mario Marina, Marko Deviç və Yevgeni Koçukla müqavilə bağlanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin