Meza Kolli “Keşlə” ilə vidalaşdı
Paraqvaylı futbolçu Sezar Meza Kolli “Keşlə” ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, bununla bağlı 29 yaşlı yarımmüdafiəçi “instagram” hesabında paylaşım edib. Meza Kolli “Keşlə”də vurduğu qolların videosunu paylaşaraq, kluba təşəkkür edib.
2020-ci ilin oktyabrından “Keşlə”də çıxış edən paraqvaylı futbolçunun müqaviləsinin müddəti bitib. Meza Kollinin adı “Neftçi” ilə hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin