Paraqvaylı futbolçu Messiyə tüpürdüyünü inkar etdi
“Torino”nun və Paraqvay millisinin hücumçusu Antonio Sanabria DÇ-2026-nın seçmə mərhələsində keçirilən matçda Argentina yığmasının kapitanı Lionel Messiyə tüpürməsi ilə bağlı yayılan xəbərlər haqda danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 27 yaşlı forvard yayılan xəbərləri təkzib edib:
“Videoya baxdım. Messi uzaqda idi və ona heç nə olmayıb. Mən ittihamları tamamilə rədd edirəm”.
84-cü dəqiqədə Sanabriya ilə Messi mübahisə edib. Bundan sonra paraqvaylı futbolçu Messinin üzünə tüpürüb. Görüşün hakimi bu epizoda reaksiya verməyib.
Buenos-Ayresin “Monumental” stadionunda keçirilən görüş 1:0 hesabı ilə argentinalıların qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin