Paraqvaylı futbolçu İngiltərə klubuna keçir – Razılıq əldə olunub
“Brayton” “İnter Mayami”nin yarımmüdafiəçisi Dieqo Qomesi transfer etməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paraqvaylı futbolçu tezliklə “qağayılar”ın oyunçusu olacaq. “Brayton” Qomes üçün 12 milyon avro təklif edib, “İnter Mayami” bu məbləğlə razılaşıb. Müqavilənin bu həftənin sonuna qədər rəsmi şəkildə elan ediləcəyi gözlənilir.
21 yaşlı futbolçu “Libertad”dan transfer olunduqdan sonra MLS-də “İnter Mayami”də iki mövsüm keçirib. O, Amerika çempionatının son mövsümündə 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin