Sabiq futbolçu ölkə prezidentliyinə namizəd oldu
Paraqvay milli komandasının sabiq futbolçusu Xose Luis Çilavert prezidentliyə namizəd olub.
Komanda.az xəbər verir ki, bu barədə 55 yaşlı keçmiş qapıçı “tvitter” hesabında paylaşım edib. Çilavert 2023-cü ildə Paraqvayda keçiriləcək prezident seçkilərində namizəd olacağını bildirib.
Çilavert Paraqvay milli komandasında 74 oyunda 8 qol vurub. Sabiq qapıçı klub karyerasında 729 oyunda 59 qol vurmağı bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin