Paraqvay klubundan “Araz-Naxçıvan”a – Rəsmi

“Araz-Naxçıvan” daha bir legioner futbolçu transfer edib.

Komanda.az xəbər verir ki, bu dəfə braziliyalı müdafiəçi İqor Ribeyro Premyer Liqa klubu ilə anlaşıb.

26 yaşlı oyunçu Naxçıvan təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. Onun son komandası Paraqvay “Takuari”si olub.

“Araz-Naxçıvan” buna qədər Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaui və Elvis Maşike kimi əcnəbiləri heyətinə qatıb. Həmçinin, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev və Abdulla Rzayevlə də müqavilə imzalanıb.

İqor Ribeyro daha əvvəl vətənində “Qama”, “Bandeirante” və “Seilandia” komandalarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button