Argentinalı futbolçu Braziliya klubunun təklifindən imtina edib

“Roma”nın yarımmüdafiəçisi Leandro Paredes “Santos”dan təklif alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya klubu Paredesə keçmiş komanda yoldaşı Neymarla yenidən birləşməyi təklif etsə də, argentinalı futbolçu bundan imtina edib. O, “Boka Xuniors”a keçməyə üstünlük verir.

Neymar və Paredes PSJ-də birlikdə çıxış ediblər. Hər ikisi 2023-cü ilin yayında Paris klubunudan ayrılıb.

Braziliya klubu artıq öz yetirməsi Neymarla razılığa gəlib. O, tezliklə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu tərk edib vətəninə qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button