
“Barselona”da Rafinya sevgisi
“Barselona”nın vingeri Rafinya Dias komandanın paltardəyişmə otağında ən çox sevilən futbolçulardan biridir.
Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.
Braziliyalı oyunçuya kapitan sarğısının verilməsi də məhz bu səbəbdən olub. Rafinya emosional partlayışlarına baxmayaraq, komanda yoldaşlarının köməyinə gəlməyə həmişə hazır olanlardan biridir. O, gənc oyunçulara çox kömək edir.
28 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 44 matçda iştirak edib, 27 qol vurub və 20 məhsuldar ötürmə verib. Onun komandası sabah UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sını qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



