“Palmeyras” 12-ci dəfə çempion oldu

“Palmeyras” Braziliya çempionatının 38-ci turu çərçivəsində səfərdə “Kruzeyro” ilə heç-heçə edib (1:1).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçın 22-ci dəqiqəsində gələn yayda “Real”a keçəcək “Palmeyras”ın hücumçusu Endrik hesabı açıb. Sonda meydan sahiblərinin qolunu yarımmüdafiəçi Nikau vurub.

Bu nəticə “Palmeyras”ın turnir cədvəlini birinci yerlə başa vurması üçün kifayət edib. Komanda Braziliyanın 12 qat çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button