Palmerin sevimli “10 nömrə”ləri

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer forma nömrəsini dəyişib. İngiltərəli futbolçu artıq 10 nömrə altında çıxış edəcək.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, bu dəyişiklikdən danışan Palmer onu ilhamlandıran “10 nömrə”ləri də sadalayıb:

“Lionel Messi, Ueyn Runi və buna bənzər oyunçular. Sadəcə, bu nömrəni sevirəm”.

Bu nömrə əvvəllər ukraynalı futbolçu Mixail Mudrikə məxsus idi. Ancaq Mudrikin dopinq testinin müsbət nəticə verməsi onun “Çelsi”dəki gələcəyini sual altında qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button