Palmer keçmiş futbolçuya təşəkkür etdi

Sabiq futbolçu Teo Uolkott “Çelsi”nin üzvü Koul Palmeri Denis Berqkamp və Robin van Persi kimi keçmiş oyunçularla müqayisə edib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, Palmer bu müqayisəyə münasibət bildirib:

“Bilirəm ki, Berqkamp Premyer Liqanın əfsanəsidir, amma onu həqiqətən izləməmişəm. Onda çox gənc idim. Videolarına baxmışam, o, yüksək səviyyəli futbolçu idi. Məni onlarla müqayisə etdiyi üçün Uolkotta təşəkkür edirəm”.

Palmer Premyer Liqanın “Brayton”la matçında (4:2) poker edib. O, Premyer Liqa tarixində ilk yarıda 4 qol vuran ilk oyunçu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button