
“Çelsi”nin aparıcı futbolçusu “Qarabağ”la matçda iştirak edə bilər
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmerin sağlamlıq durumu ilə bağlı yeni məlumatlar yayılıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingilis futbolçunun bərpa prosesi bir neçə ay deyil, cəmi bir neçə həftə davam edəcək.
Palmer noyabr ayında meydana qayıda bilər. Bu, növbəti beynəlxalq fasilədən əvvəl və ya dərhal sonra baş verəcək. Qayıdış tarixi zədənin sağalma sürətindən asılı olacaq.
Daha əvvəl İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel Palmerin zədəsinin ciddi ola biləcəyini və dünya çempionatının qarşıdakı oyunlarını buraxa biləcəyi ehtimalını səsləndirmişdi.
“Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının 4-cü turunda – noyabrın 5-də “Qarabağ”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin



