Palmer gələcəyi ilə bağlı qərar verib

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer digər klubların marağına görə gələcəyi ilə bağlı qərar verib.

Xüsusən də, “Mançester Yunayted” ingiltərəli futbolçunu öz sıralarına cəlb etmək istəyir.

Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, Palmer son vaxtlar çıxışındakı geriləməyə baxmayaraq, başqa komandaya keçmək istəmir. O, əvvəlki formasını bərpa etmək və “Çelsi”də oynamağa davam etmək niyyətindədir.

22 yaşlı oyunçunun “Çelsi” ilə hazırkı müqaviləsinin müddəti 2033-cü ilin ortalarına kimi hesablanıb. Onun bazar dəyəri 130 milyon avrodur. O, bu mövsüm 39 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button