Portuqaliyalı futbolçu “Bayern”lə anlaşıb

“Fulhem”in yarımmüdafiəçisi Joao Palinya tezliklə “Bayern”in futbolçusu olacaq.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Münhen klubu ilə 4 illik müqavilə bağlayıb və anlaşmanı bir mövsüm uzatmaq imkanı əldə edib.

Tərəflər keçidin son formallıqlarını həll etdikdən sonra anlaşma rəsmi olaraq elan ediləcək. Daha əvvəl Palinyanın “Bayern”də tibbi müayinədən uğurla keçdiyi bildirilirdi.

29 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında ötən mövsüm 33 matçda iştirak edib. O, 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button