
Portuqaliyalı futbolçu “Bayern”də uğursuz olmasının səbəbini açıqladı
“Bayern”dən “Tottenhem”ə icarəyə verilən yarımmüdafiəçi Joao Palinya Münhen klubundakı uğursuzluğunun səbəblərini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu 2024/25 mövsümünün onun üçün çətin keçdiyini söyləyib:
“Ötən mövsüm mənim üçün çətin oldu. Zədələndim və gözlədiyimdən daha uzun müddət kənarda qaldım. Bundan sonra layiq olduğumu hiss etdiyim şansları əldə edə bilmədim. Bu da komanda ilə oyun zamanıma təsir etdi. Amma bu, müvəqqəti uğursuzluq idi, indi hər şey yenidən qaydasındadır”.
Palinya ötən ilin yayında 50 milyon avroya “Fulhem”dən “Bayern”ə transfer olunub. Lakin o, Münhen klubunun əsas heyətinə düşə bilməyib və oyun praktikası üçün “Tottenhem”ə göndərilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



