“Palermo”ya ağır cəza: Bu dəfə…
İtaliya B Seriyasında mübarizə aparan “Palermo” klubu növbəti dəfə cəzalandırılıb.
Komanda.az xəbər verir ki, İtaliya Futbol Federasiyası “Palermo”nu həvəskarlar liqası hesab olunan D Seriyasına göndərib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Məlumatda, B Seriyasına qatılmaq üçün lazım olan şərtləri yerinə yetirməyən klubun maliyyə qaydalarını da pozduğu bildirilib.
Bir müddət əvvəl “Palermo” C Seriyasına göndərilsə də, klubun Federal Apellyasiya məhkəməsinə müraciətindən sonra bu qərar ləğv olunmuş və komanda növbəti mövsümdən B Seriyasında mübarizə aparmaq hüququ qazanmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin