
Braziliyalı futbolçu “Vest Hem”dən ayrılmaq istəyi ilə bağlı xəbərləri təkzib etdi
“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa qış transfer pəncərəsində klubdan ayrılmaq istədiyi barədə yayılan xəbərləri təkzib edib.
Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu bu barədə sosial şəbəkədə “The Times” qəzetinin materialına cavab olaraq paylaşdığı emoji ilə mövqeyini bildirib.
Avqustda Paketanın “Aston Villa”ya keçidi gündəmdə idi, ancaq “Vest Hem” transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış bu keçidin baş tutmasından imtina etmişdi.
Braziliyalı futbolçunun London klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. Onun bu mövsüm Premyer Liqada keçirdiyi 9 oyunda hesabında 2 qol var.
“Vest Hem” hazırda 9 turdan sonra turnir cədvəlində aşağı pillələrdə, yəni, düşmə zonasına yaxın mövqedə qərarlaşıb.
Bizi Facebook-da izləyin



