“Mançester Siti”nin 101 milyon avroluq təklifi də qəbul edilmədi
“Mançester Siti” “Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketanı transfer etməyə hazırlaşır.
Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, “şəhərlilər” Paketanın transferi ilə bağlı ikinci təklif irəli sürüblər.
Birinci təklif 80 milyon avro məbləğində idi ki, “Vest Hem” rəhbərliyi bunu rədd etmişdi.
“Mançester Siti” braziliyalı futbolçu üçün ikinci dəfə 101 milyon avro təklif edib. “Vest Hem” isə bu məbləğlə də razılaşmayaraq, 110 milyon avro tələb edib.
Paketanın “Vest Hem”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin