Keçmiş futbolçu Kurskda döyüşən ukraynalı əsgərlərə səsləndi

Moskva “Lokomotiv”inin və Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev hazırda Kursk vilayətində döyüşən Ukrayna Silahlı Qüvvələrinə dəstək olub.

Komanda.az xəbər verir ki, ukraynalı sabiq futbolçu sosial şəbəkə hesabındakı paylaşımında əsgərləri Rusiya regionunun hətta dinc əhalisini də məhv etməyə çağırıb:

“Kursk vilayətində olan və irəliyə doğru gedən oğlanlardan xahiş etmək istəyirəm, özünüzə yaxşı baxın, bizi “sındırmayın”.

Əliyev karyerası ərzində Ukraynanın bir sıra klublarında çıxış etməklə yanaşı, müxtəlif vaxtlarda Moskvanın “Lokomotiv” və Mahaçqalanın “Anji” klublarında top qovub. O, Ukrayna millisində 28 oyun keçirib, 6 qol vurub.

39 yaşlı keçmiş futbolçunun karyerasında sonuncu klubu “Juniors Spitki” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button