“Özünü idarə etməyi bacarmalısan” – Ronaldonun həmyerlisi
Portuqaliya millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes komanda yoldaşı Kriştiano Ronaldonun qalmaqallı müsahibəsi barədə danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Fernandes bütün diqqətini DÇ-2022-yə yönəltdiyini deyib:
“Mən onun müsahibəsini oxumamışam. İndi bütün fikirlərimiz Portuqaliya millisindədir. Baş məşqçi vurğulayıb ki, burada əsas milli komanda və bizik. Ona görə də, diqqətimizi dünya çempionatına yönəltməliyik.
Kriştiano üçün beşinci dünya çempionatı olacaq. Bütün futbolçular belə uğura nail olmaq istəyir. Hər kəs komandası üçün əlindən gələni etmək niyyətindədir”.
Portuqaliyalı yarımmüdafiəçi heç bir futbolçu ilə probleminin olmadığını bildirib:
“İndi əsas olan millidir. “Mançester Yunayted” dünya çempionatından sonra diqqət mərkəzində olacaq. Mənim heç kimlə problemim yoxdur. Mən işimi görürəm. Özünü idarə etməyi bacarmalısan, komandana əlindən gələnin ən yaxşısını verməlisən”.
Bizi Facebook-da izləyin