Özünə komanda tapa bilməyən Vaqif Cavadov futbol klubu yaratdı
Uzun müddətdir klubsuz qalan Azərbaycan yığma komandasının sabiq hücumçusu Vaqif Cavadov bundan sonra top oyununun sirlərini uşaqlara öyrədəcək.
Komanda.az xəbər verir ki, bu haqda “sportfm.az” saytına Cavadovun qohumu, hazırda “Sumqayıt”ın şərəfini qoruyan İlqar Qurbanov məlumat verib.
“Azleader” futbol klubunda 4-14 yaş arası uşaqlar məşq edə biləcək. Vaqif Cavadovun yeni təsis etdiyi klubun ofisi paytaxtda, Xətai prospektində yerləşir.
Vaxtilə Moskva ÇSKA-sının şərəfini qoruyan Vaqif “Keşlə”dən ayrıldıqdan sonra klubsuzdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin