“Bizdə əzmkarlıq, hədəflər üçün aclıq yoxdur”

“Mançester Yunayted”in müdafiəçisi Matteys de Liqt komandanın probleminin nə olduğunu açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu komandada əzmkarlıq və hədəflər üçün aclığın olmadığını düşünür:

“Düşünürəm ki, bizdə əzmkarlıq, hədəflər üçün aclıq yoxdur. Bu, təkcə hücumçular deyil, həm də yarımmüdafiəçilər və müdafiəçilər üçün problemdir. Bu, komanda işidir və biz mütləq inkişaf etməliyik. Güvənimiz də böyük zərbə alır. Özünə inamın yoxdursa, xüsusilə, Premyer Liqada uduzacaqsan”.

“Qırmızı şeytanlar” dünən Londonda “Tottenhem”ə 0:1 uduzaraq, növbəti uğursuzluğa düçar olub. Komanda 25 turdan sonra Premyer Liqanın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button