“Fantastik heyətimiz var” – millinin müdafiəçisi
“Nyukasl”ın və İngiltərə millisinin müdafiəçisi Kiran Trippyer DÇ-2022 ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, müdafiəçi iddialı danışıb:
“Dünya çempionatını qazanacağımızı söyləməkdən qorxmamalıyıq. Hamımız bir komanda olaraq özümüzü inamlı hiss edirik. 26 nəfərlik fantastik heyətimiz var”.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İngiltərə millisi B qrupunda ABŞ, İran və Uelslə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin