“Özümüzlə qürur duymalıyıq” – Poçettino
“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının final oyununda “Liverpul”a 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, komandası ilə qürur duyduğunu deyib:
“Belə bir qol buraxacağımızı gözləmirdim. İlk dəqiqələrdən 0:1 hesabı ilə geri düşəcəyinizi heç vaxt düşünə bilməzsiz. Zehni olaraq çox çətin bir vəziyyət idi. Keçən il “Liverpul” üçün təcrübə olan şeyi bu dəfə biz yaşadıq.
Özümüzlə qürur duymalıyıq. Böyük bir mübarizə ortaya qoyduq. Bu gün şanssız idik, oyunun əvvəlində penaltidən qol buraxdıq. Yenə də sınmadıq, risk etdik, amma olmadı. Çempionlar Liqasının final oyununda hesabda geri düşmək asan deyil, planlarımızı, duyğularımızı, hər şeyi dəyişdirdi”.
“Liverpul”u təbrik edən 47 yaşlı mütəxəssis, utancverici oyun olduğunu deyib:
“Bu futbolçu qrupuyla çalışdığım üçün çox xoşbəxtəm. “Liverpul”u da təbrik edirəm. Bu gün lazım olan səviyyəni ortaya qoya bilmədik, göstərdiyimiz utancverici oyun idi. Yenidən belə bir mərhələdə yer almaq istəyirik. Ümid edirəm ki, ən qısa müddətdə yenidən final oyununda iştirak edərik”.
Bizi Facebook-da izləyin