“Özümü təzyiq altında hiss etmirəm” – Setyen
İspaniya La Liqasının 33-cü turu çərçivəsində “Atletiko” ilə 2:2 hesablı bərabərliyə razılaşan “Barselona”nın baş məşqçisi Kike Setyen açıqlama verib.
Komanda.az xəbər verir ki, 61 yaşlı mütəxəssis, oyunla bağlı bunları deyib:
“Getdikcə vəziyyət daha qarışıq olur, daha çox çətinlik yaşayırıq. Bu cür xal itkiləri liderlikdən uzaqlaşmağımız mənasına gəlir. Nəticəyə görə məyusam. Oyuna yaxşı nəzarət etdik. “Atletiko” olduqca intizamlı komandadır və onlara qarşı oynamaq asan deyil. Özümü təzyiq altında hiss etmirəm. Klubda kiminsə mənim burdakı gələcəyimi müzakirə etdiyini düşünmürəm”.
33 turdan sonra xallarının sayını 70-ə çatdıran “Barselona” 32 oyun keçirən lider “Real”dan bir xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin