“Real”ın baş məşqçisinin Messi qorxusu

“Real”ın baş məşqçisi Xabi Alonso “İnter Mayami”nin hücumçusu Lionel Messi haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Barselona”nın sabiq futbolçusu haqda bunu deyib:

“Mən futbolu öyrənəndə bir çox məşqçilər rəqibləri necə dayandırmaq barədə bir saatlıq dərslər verirdilər, dərsin sonunda da deyirdilər ki, müzakirə etdiyimiz hər şey bir oyunçuya aid deyil və o oyunçu Messidir. Ona görə də, özümü şanslı məşqçi hesab edirəm, çünki onunla üz-üzə gəlməyəcəm. Çünki ona qarşı oynamaq futbolda ən çətin şeydir”.

Messi bu mövsüm bütün turnirlərdə 27 matç keçirib, 22 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button