“Özümü qınaya bilmərəm” – Van Qal

Niderland millisinin baş məşqçisi Lui van Qal DÇ-2022-nin 1/4 final mərhələsinin Argentina ilə matçı barədə danışıb.

Komanda.az “Reuters”-ə istinadən xəbər verir ki, o, Argentina ilə görüşə qədər 20 matçlıq məğlubiyyətsizlik seriyasına sahib olduqları üçün qürurlu olduğunu bildirib:

“Penaltilər seriyasında məğlub olmaq çox çətindir. Özümü qınaya bilmərəm. Futbolçularım sona qədər mübarizə apardılar. Bu matça qədər 20 oyunda məğlub olmadığımız üçün qürur duyuram”.

Van Qal oyunsonrası penalti zərbələrini lotereya adlandırıb:

“Penaltilər seriyasında ilk iki zərbəni qola çevirə bilmədik. Bu, lotereyadır və Argentina qazanan tərəf oldu. Etiraf edim ki, penaltilər seriyasında qalib gələcəyimizi düşünürdüm”.

Niderland yığması DÇ-2022-nin 1/4 final mərhələsində Argentinaya məğlub olaraq (penaltilər – 3:4) turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button