“Mənə “əfsanə” desələr, çox sevinərəm”
“Tottenhem”in hücumçusu Son Hın Min etiraf edib ki, o, Harri Keyn kimi London klubunun tarixində iz buraxmaq istəyir.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, cənubi koreyalı futbolçu hələlik özünü klubun əfsanəsi hesab etmir:
“Mən hələ də özümü bu klubun əfsanəsi hesab etmirəm. Amma artıq bildirmişəm ki, “Tottenhem”lə nəsə qazanmaq istəyirəm və mənə “əfsanə” desələr, çox sevinərəm. Mən kubok qazanmaq üçün bu komandaya qoşuldum və ümid edirəm ki, biz xüsusi bir mövsüm keçirə biləcəyik”.
Son Hın Min 2015-ci ildə “Tottenhem”ə keçib. Keyn 2023-cü ildə “Bayern”ə keçdikdən sonra o, komandanın yeni kapitanı olub.
32 yaşlı forvard “Tottenhem”in heyətində 409 oyun keçirib, 162 qol vurub və 84 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin