“Özümü günahkar hiss edirəm” – Qrizmann

“Atletiko”nun futbolçusu Antuan Qrizmann, Çempionlar Liqasının 1/8 final mərhələsində “Yuventus”a 0:3 hesabı ilə məğlub olduqları cavab matçından sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı forvard, özünü günahkar hiss etdiyini deyib:

“İstədiyimiz oyunu göstərə bilmədik. Bizim üçün pis bir gecə idi və hər şeyi “Yuventus” üçün daha asan vəziyyətə gətirdik. Hamımız xəyal qırıqlığı yaşayırıq. Lazım olan oyunu oynaya bilmədik, sürətimiz yavaş idi. Rəqibdə isə hər şey daha üstün idi. İlk oyunda 2:0 hesabı ilə qalib gəldik, amma indi mərhələni keçə bilmədik. Başqa bir şey deyə bilmərəm, bizə nə oldu, bilmirəm.

Özümü günahkar hiss edirəm. Ən güclü şəkildə geri dönəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button