![](https://komanda.az/wp-content/uploads/2023/06/Pedri.jpeg)
Pedri özünü çox xoşbəxt hiss edir
“Barselona”nın yarımmüdafiəçisi Pedri klubdakı hazırkı durumu haqda danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu daimi oynadığı üçün özünü çox xoşbəxt hiss etdiyini bildirib:
“Daimi oynadığım üçün özümü çox xoşbəxt hiss edirəm. Çoxdandır axtardığım sabitliyi tapdım. Əsas dəyişiklik, dediyim kimi, məşq tərzimlə bağlıdır. Bu, sərf etdiyim saatların sayı və ya göstərdiyim səylər deyil, işlədiyim yoldur”.
22 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun komandası 23 turdan sonra İspaniya çempionatında lider “Real”dan 2 xal geri qalaraq, 48 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin