“Özümü burada rahat hiss edirəm” – “Bayern”in futbolçusu

Almaniya millisinin və “Bayern”in müdafiəçisi Coşua Kimmix Münhen klubundakı gələcəyi haqda açıqlama verib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, “Bayern”də rahat olduğunu söyləyib:

“Ağlabatan söhbət üçün həmişə yer var, qapılarım açıqdır. Ümumiyyətlə, özümü burada rahat hiss edirəm. Övladlarım Münhendə doğulub, mən də burada ev tikmişəm. Ötən mövsüm “Bayern”lə uğurlu keçmədi. İndi yeni mövsüm başlamazdan əvvəl qələbələrə çox acıq”.

Tərəflər arasında müqavilə 2025-ci ilin yayına qədər qüvvədədir.

“Bayern” son mövsümdə kuboksuz qalıb. Komanda Bundesliqanı üçüncü pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button