
“Özümü evdəki kimi hiss edirəm” – “Real”ın yeni transferi
“Real”a yeni qoşulan müdafiəçi Trent Aleksander-Arnold komanda yoldaşları ilə münasibətlərindən və ispan dilini öyrənmə prosesindən danışıb.
Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, “Real”a “Liverpul”dan keçən ingiltərəli futbolçu burada özünü evdəki kimi hiss etdiyini deyib:
“Komanda? Çox, çox yaxşıdır. Onlar haqqında kifayət qədər müsbət söz demək belə, çətindir. Hər biri buraya uyğunlaşmağım üçün əlindən gələni edir. Özümü burada evdəki kimi hiss edirəm. Hər məsələdə, xüsusilə də, tərcümə ilə bağlı mənə kömək edirlər.
Əlaqə? Çud Bellingem və ya mən iştirak ediriksə, uşaqlar ingiliscə danışırlar, ona görə də başa düşməyimiz daha asan olur. Mənim ispan dilində yaxşı baza səviyyəm var, yəni, normal ünsiyyət qura bilirəm. Burada hamı ingilis dilini başa düşür, ona görə də çətin deyil”.
Bizi Facebook-da izləyin



