“20 yaşlı” Kazemiro
“Mançester Yunayted”in yeni futbolçusu Kazemiro İngiltərə klubuna keçidi ilə bağlı təəssüratlarını bölüşüb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu, özünü 20 yaşında hiss etdiyini deyib:
“İlk növbədə, çox sağ olsunlar, məni çox isti qarşıladılar. Xüsusi sevgini hiss etmişəm və bu, həqiqətən də vacibdir. Özümü 20 yaşında hiss edirəm. Mən irəliyə getməliyəm. Komanda yoldaşlarımın arasında olmaqdan, burada oynamaqdan məmnunam”.
30 yaşlı futbolçu “Real”dan “Mançester Yunayted”ə keçib. Kazemironun hazırkı müqaviləsinin dəyəri 70,65 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin