“Özümü 10, 12, 15 il sonra da bu klubda görürəm”
“Arsenal”ın qapıçısı Aaron Ramsdeyl London klubundakı gələcəyi ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Premyer Liqa təmsilçisinin heyətində əfsanəyə çevrilmək istədiyini bildirib:
“Özümü 10, 12, 15 il sonra da bu klubda görürəm. Ümid edirəm ki, heç vaxt “Arsenal”dan ayrılmaq məcburiyyətində qalmaram. Burada əsl qəhrəmana və əfsanəyə çevrilmək istəyirəm”.
Britaniyalı qolkiper 2021-ci ildən “topçular”da çıxış edir. 24 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.
O, cari mövsümdə “Arsenal”ın heyətində bütün yarışlar daxil olmaqla 29 oyuna çıxıb, 27 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin