
Ozobiç “Neftçi”də – Rəsmi
“Neftçi” Azərbaycan millisinin futbolçusu Filip Ozobiçi transfer edib.
Komanda.az kluba istinadən xəbər verir ki, ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan xorvatiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
32 yaşlı oyunçu paytaxt təmsilçisində 10 nömrəli formanı geyinəcək.
Ozobiç “Neftçi”nın mövsümlərarası fasilədə heyətinə qatdığı 2-ci futbolçudur. “Ağ-qaralar” daha əvvəl “Səbail”dən Emil Balayevlə müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin