
Ozobiç “Frayburq”la oyunda olmayacaq
“Qarabağ”ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.
Ağdam klubundan Komanda.az-a verilən məlumata görə, Premyer Liqanın 12-ci turunun “Şamaxı” ilə oyununda (4:0) zədələnən yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib.
Futbolçunun diz yan bağlarında dartınma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq”la matçda oynayıb-oynamayacağı hələ dəqiqləşməyib.
“Qarabağ” – “Frayburq” matçı noyabrın 3-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin