Ozobiç “doqquzluq”da
Filip Ozobiç “Qarabağ”ın heyətində Premyer Liqada 30-cu qolunu vurub.
Komanda.az xəbər verir ki, yubiley topu 23-cü turun “Şamaxı” ilə matçına təsadüf edib.
8:0 hesablı qələbəyə dublla töhfə verən yarımmüdafiəçi öncə 30-cu, ardınca 31-ci qoluna imza atıb. O, “Qarabağ”da keçirdiyi 70-ci çempionat matçında buna nail olub.
Ozobiç Ağdam klubunun tarixinə ölkə çempionatında 30 və daha çox qol vuran 9-cu oyunçu kimi düşüb. Mütləq rekord 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.
Filip 2018/19 mövsümündə 9, 2019/20 mövsümündə 1, 2020/21 mövsümündə 11, cari çempionatda 10 dəfə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin