Ozobiç: “Biz hələ ciddi hazırlaşmalıyıq” – Müsahibə
“Neftçi”nin futbolçusu Filip Ozobiç “Matç TV” turniri çərçivəsində “Srvena Zvezda”ya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra “Matç TV” kanalına açıqlama verib.
Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi rəqibin daha üstün oynadığını deyib:
– “Srvena Zvezda” bir çox məqamlarda bizdən daha yaxşı görünürdü. Mövsümə hazırlığın bu mərhələsində onlar “Zenit”dən daha yaxşıdır. Biz də öz növbəmizdə səviyyəmizi yüksəltmək üçün çalışmalıyıq. Bu baxımdan matç çox faydalı oldu.
- Ümumiyyətlə, turniri necə dəyərləndirirsiz?
– Çox yaxşı. Komandalar, təşkilatçılıq, otel, məşq etdiyimiz baza, hər şey superdir. Üstəlik, “Srvena Zvezda” ilə bu toplanışda məşq etdiyimiz stadionda oynadıq. Yəni praktiki olaraq bizim üçün ev matçı idi. Turnir haqqında ancaq yaxşı şeylər deyə bilərəm.
- “Neftçi”nin “Fənərbaxça” ilə oyunu var. Bu görüş haqda düşüncələriniz necədir?
– Nəticə həmişə vacibdir, amma yenə də, bunlar yoldaşlıq oyunlarıdır. Çempionatda və Avropa yarışlarında necə görünəcəyimiz daha önəmlidir. Biz hələ ciddi hazırlaşmalıyıq.
Bizi Facebook-da izləyin