Ozobiç əməliyyat olunacaq
Azərbaycan çempionu “Qarabağ” ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiyanın “Dandalk” klubuna qarşı cavab oyununda (3:0) zədələnərək meydanı erkən tərk etmək məcburiyyətində qalan Filip Ozobiçin zədəsinin ciddi olduğu müəyyənləşib.
Bu gün tibbi müayinədən keçən xorvat futbolçunun dizətrafında sümük qırığı aşkarlanıb. Bu üzdən də o, əməliyyat ediləcək. Onun konkret hansı müddətə yaşıl meydana dönəcəyi məlum deyil.
Ozobiç, eləcə də digər zədəli Bədavi Hüseynov APOEL-lə avqustun 6-da Kiprdə keçiriləcək ÇL-in 3-cü təsnifat mərhələsinin ilk oyununu buraxmalı olacaq. “Dandalk”la matçda zədələnən Miçel və Maksim Medvedevin isə həmin görüşdə meydana çıxmaq ehtimalı yüksəkdi.
Bizi Facebook-da izləyin