Özilin “Arsenal”dan tələbi
Bu qış “Arsenal”dan ayrılması gözlənilən Məsut Özil klubun qarşısına tələb qoyub.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu “topçular”dan 2023-cü ilə qədər məvacibinin bir hissəsini ödəməsini istəyir. Yalnız bu halda, o, qış fasiləsində komandadan ayrılacaq.
Özilin adı “Fənərbaxça” və “Di Si Yunayted”lə yanaşı çəkilir.
Türk əsilli almaniyalı futbolçunun “Arsenal”la müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin