Özildən Maquayra dəstək: “Bu, dəlilikdir”
“Fənərbaxça”nın yarımmüdafiəçisi Məsut Özil azarkeşlər tərəfindən evi partladılmaqla təhdid edilən “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayrı dəstəkləyib.
Komanda.az xəbər verir ki, Özil bu hadisəni dəlilik adlandırıb:
“Bu, dəlilikdir. Futbol o qədər ciddi ola bilməz ki, futbolçu və onun ailəsi təhdid edilsin. Mən şokdayam. Bəzən futbol insanların ən pis tərəflərini üzə çıxarır. Ümid edirəm ki, bunda əli olan hər kəs cəzalandırılacaq”.
Bir müddət əvvəl Maquayr nişanlısı və iki uşağı ilə birlikdə yaşadığı evdə partlayışın baş verə biləcəyini bildirən elektron məktub alıb. “Mançester Yunayted”in futbolçusu kömək üçün Çeşir polisinə müraciət edib. Polislər itlərin köməyi ilə evdə axtarış aparsalar da, heç nə tapa bilməyiblər.
Bizi Facebook-da izləyin