Özil yenidən sıradan çıxdı

Türkiyənin “Başakşəhər” klubu Avropa Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində Belçikanın “Gent” komandası ilə oyundan öncə itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Mesut Özil sıradan çıxıb.

Bu barədə komandanın baş məşqçisi Emre Belözoğlu matçdan öncə baş tutan mətbuat konfransında açıqlama verib. Onun sözlərinə görə, bir neçə ay öncə belindən əməliyyat olunan futbolçu sıraya dönsə də, son günlərdə yenidən problemlə üzləşib. Bu üzdən təcrübəli oyunçunun daha 1-2 həftə komandadan ayrı qalması gözlənilir.

Xatırladaq ki, Mesut Özil bu mövsümün əvvəlində “Fənərbaxça”dan ayrılaraq “Başakşəhər”lə müqavilə imzalamışdı. 34 yaşlı futbolçu zədə səbəbindən 31 oyunu buraxıb. O, meydana çıxdığı 8 oyunda da fərqlənə bilməyib.

“Başakşəhər”in “Gent”lə ilk oyunu sabah Belçikada baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button