Türkiyə mətbuatı: Özil “Fənərbaxça” ilə anlaşdı
İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil karyerasını ABŞ-da davam etdirməyə yaxındır.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Özil “Di Si Yunayted” klubu ilə danışıq aparır. Məlumata görə, MLS klubunun rəhbərliyi futbolçuya M10 brendini inkişaf etdirəcəyini bildirib.
Türkiyə mətbuatı isə futbolçunun “Fənərbaxça” ilə anlaşdığını iddia edir.
32 yaşlı futbolçunun “Arsenal”la müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub. O, komandanın cari mövsüm üçün olan sifariş ərizəsinə daxil edilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin