Özil: “Maquayr və Onana onlara nifrət edənləri susdurdu”
“Arsenal”ın sabiq yarımmüdafiəçisi Məsut Özil UEFA Çempionlar Liqasının qrup mərhələsində “Kopenhagen”lə oyunda (1:0) “Mançester Yunayted”in qapıçısı Andre Onana və müdafiəçi Harri Maquayrın çıxışından danışıb.
Komanda.az xəbər verir ki, türk əsilli almaniyalı keçmiş futbolçu sosial şəbəkə hesabında belə yazıb:
“Maquayr və Onana onlara nifrət edənləri susdurdu”.
30 yaşlı Maquayrın qolu “qırmızı şeytanlar”a cari Çempionlar Liqasında ilk qələbəsini qazandırıb. Onana isə 90+7-ci dəqiqədə rəqibin hücumçusu Cordan Larssonun penalti zərbəsini dəf edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin