Özil “Fənərbaxça”nı bu kluba dəyişə bilər
Türk əsilli almaniyalı yarımmüdafiəçi Məsut Özil “Başakşəhər”ə keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “sport1” məlumat yayıb. 33 yaşlı futbolçu Super Liqa klubu ilə müqavilə imzalamağa yaxındır.
Özil 2021-ci ilin yanvarından “Fənərbaxça”da çıxış edir. Klubun onunla müqaviləni pozacağı bildirilib.
Özil “Fənər”in heyətində 25 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin